Biz imzaları yox, əsərləri dərc edirik...

Karantin günlərində virusa meydan oxuyan tibb işçilərinə – Həsən Azərinin şeiri
3423
06 Aprel 2020, 13:20
 Artkaspi.az saytı Həsən Azərinin şeirini təqdim edir:

 Koronavirusla bağlı karantin günlərində İrandakı xəstəxanalarda rəqs edərək öz pozitivlikləri ilə virusa qarşı meydan oxuyan tibb işçilərinə
 
İbadətgahlar bağlanıb.
Ziyarətgahlar bağlanıb.
Rəqs evləri bağlanıb.
Aç burax saçlarını, əzizim.
 
İşimiz alkoqol almaq olub.
Və qonaqlıqlarda
daha rəqs etmir heç kəs toplum halında.
Klişedir bu ifadə, amma
rəqs etsin qoy saçların
pəncərənin küləyiylə.
 

Həkimlər rəqs edirlər.
Tibb bacıları rəqs edirlər.
Ruhani atalarsa
şübhəyə düşüblər öz bildiklərindən.
Xəstəxanalarda
rəqqaslar həyat üçün yox,
ölüm dəhşətindən rəqs edirlər.
 
Bu sətirləri oxuyan
Vətən qızları!
Aranızdan hansınız,
– deyin! –
aranızdan hansınız
elə gözəl rəqs edə bilərsiniz ki,
tamaşaya qatasınız az da olsa
ölümün başını?
 
Fars dilindən tərcümə edən: Məhəmməd Nuri