Biz imzaları yox, əsərləri dərc edirik...

“İstedad sorağında – 3” adlı rəsm müsabiqəsi
320
16 May 2018, 15:22
 Bakı Xətai Sənət Mərkəzində "İstedad sorağında – 3” adlı rəsm müsabiqəsinin yekun sərgisi açılıb.
 

 AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə gerçəkləşib. "Xalq Cümhuriyyəti İli” çərçivəsində reallaşan sərgi istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yüksək sənət meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının stimullaşdırılması, habelə yetişməkdə olan nəslin təsviri sənətə marağının artırılması məqsədi daşıyır.
 Qeyd edək ki, müsabiqəyə 250-dək rəssam 400-dən çox əsəri ilə qatılıb. Yekun sərgidə 60-a yaxın iştirakçının 70-dən çox sənət əsəri nümayiş edilir. Sərgi bir həftə ziyarətçilər üçün açıq olacaq.
 Sərginin informasiya dəstəkçiləri sırasında AZƏRTAC da var.