Biz imzaları yox, əsərləri dərc edirik...

“İsa Muğanna – 90” adlı sərgi
381
12 İyun 2018, 15:51
  İyunun 12-də Azərbaycan Milli Kitabxanasında Xalq Yazıçısı İsa Muğannanın anadan olmasının 90 illik yubileyi münasibətilə sərgi açılıb.
 
 
 

  Kitabxanadan AZƏRTAC-a bildirilib ki, "İsa Muğanna-90” adlı sərgidə yazıçının Azərbaycan və xarici dillərdə nəşr edilmiş kitabları, ön söz yazdığı, redaktoru olduğu nəşrlər, tərcümə etdiyi əsərlər, yazıçı haqqında monoqrafiyalar, qəzet-jurnal materialları yer alıb. Sərgi bir həftə davam edəcək.