Biz imzaları yox, əsərləri dərc edirik...

İntiqam və qələbə marşı - Rahid Uluselin şeiri
1572
15 İyul 2020, 15:38
 Artkaspi.az saytı Rahid Uluselin "İntiqam və qələbə marşı" adlı şeirini təqdim edir:
 
Nəslin-kökün bilinməz, hardan gəlmiş parasan!
Qafqaz – sənə cəhənnəm, sən Qafqaza – yarasan!
Tapılmaz səndən satqın, yeri-göyü arasan!
Xəyanətlər tökülər, əgər səni darasan!
 
(Nəqərat)
            Torpağımı qaytarmasan, ölməlisən, Ermənistan!
            Dirilməyə bir şansın yox, ölməlisən, Ölməlistan!
 
Ali Baş Komandanım sənə ad taxdı: nökər!
Hayına heç hay verən də yox, hay oğlu çökər!
Səni "quyruq” sandılar, kim hara istər çəkər!
Şər əməlin içini didər, parçalar, sökər!
 
(Nəqərat)
            Torpağımı qaytarmasan, ölməlisən, Ermənistan!
            Dirilməyə bir şansın yox, ölməlisən, Ölməlistan!
 
Dilənirsən yad qapılarda, ar olsun sənə!
Mələklər qarğışında, Şeytan yar olsun sənə!
Müqəddəs torpağımda məzar dar olsun sənə!
Vicdanı oyaq bəşər, dünya kar olsun sənə!
 
(Nəqərat)
            Torpağımı qaytarmasan, ölməlisən, Ermənistan!
            Dirilməyə bir şansın yox, ölməlisən, Ölməlistan!
 
Əsən ayağın altında od tutuban yanar yurdum!
Alovuna büküb səni, daşdan-daşa çaxar yurdum!
Qıvrılarsan şir altında, bir zəfərlə baxar yurdum!
Halal qanım qalmaz yerdə, ey ər-yurdum, əsgər-yurdum!
 
(Nəqərat)
Torpağımı qaytarmasan, ölməlisən, Ermənistan!
Dirilməyə bir şansın yox, ölməlisən, Ölməlistan!
 
İnsan olsaydın əgər, körpəni doğramazdın!
Bütün həyatın boyu çevrənə quyu qazdın!
Tarixi öz xeyrinə döndərib tərsə yazdın!
Dünyanın düz yolunda əyri getdin də azdın!
 
(Nəqərat)
            Torpağımı qaytarmasan, ölməlisən, Ermənistan!
            Dirilməyə bir şansın yox, ölməlisən, Ölməlistan!
 
Azərbaycan ordusuyam! Nəfəsini kəsəcəm!
Gürzə başını sənin uf demədən üzəcəm!
Yurdumda gəzdiyincə, sinən üstə gəzəcəm!
Ürəyini qoparıb saplağından üzəcəm!
 
(Nəqərat)
            Torpağımı qaytarmasan, ölməlisən, Ermənistan!
            Dirilməyə bir şansın yox, ölməlisən, Ölməlistan!
 
Almasam intiqam, südün mənə haram, Vətən!
Eşit nərə-silahımı, heeyyy qarı düşmən!
Çəkilib öz qınına, diz çökərək girməsən –
Hər qarışımdan sənə biçərəm yalnız kəfən!
 
(Nəqərat)
            Torpağımı qaytarmasan, ölməlisən, Ermənistan!
            Dirilməyə bir şansın yox, ölməlisən, Ölməlistan!
 
Tunc biləkli əsgərəm! Vətən – sağ, mən də – sağam!
Sancılsın Qarabağa Azərbaycan Bayrağım!
Göyərsin Qarabağda Azərbaycan növrağım!
Bitib-tükənməz olsun yurdumda zəfər çağım!