Biz imzaları yox, əsərləri dərc edirik...

Hələ yüz Polad gəlir – Zahid Xəlilin şeiri
1314
15 İyul 2020, 14:05
Artkaspi.az saytı Zahid Xəlilin şeirini təqdim edir:
 
 

Yüz general içində
Bir poladım var idi.
Bu nəmdə,bu biçimdə
Təmiz adım var idi.

Kim vurdu generalı
Ürəyinin başından?!
Qorxmadımı sel olan
Allahın gözyaşından?

O, yüz dəfə yayındı
Düşmənin gülləsindən.
Amma qaça bilmədi
Erməni hiyləsindən.

Siz nahaq coşdurdunuz
Bu millətin qanını.
İndi o göstərəcək
Sizə Nuh tufanını.

POLADIN arxasınca
Hələ yüz POLAD gəlir.
Koroğlu torpağında
Atlara qanad gəlir.

Həmişə sülh demişəm
Döyüşlə yoxdur aram.
Amma nərə çəkilsə,
Meydanda mən də varam.

Ey igid nəvələrim!
Düzlənin papaq-papaq.
Söz başa düşməyəni
Köz ilə başa salaq.