"Hədəf Nəşrləri” "Balabilgə” uşaq seriyası kitabları üçün müəllif
tenderi elan edir.
Tender
müasir tərzdə uşaq ədəbiyyatının yaradılması, yeni və milli uşaq xarakterlərinin
meydana çıxması, yerli müəlliflərə stimul verilməsi və s. məqsədləri özündə
ehtiva edir.
İlk
layihə – 10 kitabdan ibarət silsilə "Bilgənin macəraları” adlanacaq.

Silsiləyə
aşağıdakı kitablar daxildir:
1. Həkim Bilgə
2. Mühəndis Bilgə
3. Müəllim Bilgə
4. Prezident Bilgə
5. Biznesmen Bilgə
6. Səyyah Bilgə
7. Polis Bilgə
8. Proqramçı Bilgə
9. General Bilgə
10. Rejissor Bilgə
İlkin mərhələdə
iddiaçı müəlliflərlə görüş keçiriləcək, silsilənin konsepti ətraflı izah
olunacaq, bir kitabın yazılması üçün vaxt veriləcək.
İkinci mərhələdə
artıq yazılan hekayələrə nəşriyyat tərəfindən yaradılmış komissiya üzvləri
baxacaq, ümumi rəylər verəcəklər.
Üçüncü mərhələdə
qalib elan olunacaq və onunla növbəti 9 kitabın yazılması üçün müqavilə
bağlanacaq.
Müraciətçilər
aşağıdakı anket formasını doldurmalıdırlar:
http://bit.ly/balabilge_tender
Anket
formasını göndərmək üçün son tarix: 20.04.2021.