Biz imzaları yox, əsərləri dərc edirik...

“Harry Potter”dən öyrəndiyimiz qızıl tövsiyələr
346
13 Yanvar 2020, 13:28
  Ədəbiyyatın mayasında öyrətmək, yönləndirmək, fikir aşılamaq səlahiyyətləri dayanır. Bu keyfiyyətləri ilə milyonlarla oxucunun diqqətini çəkmiş kitablarla azyaşlıların tanış olması isə xüsusilə əhəmiyyətlidir. Bəzən azyaşlılara və yeniyetmələrə hansısa vərdişi, fikri sözlə aşılamaq cəhdi heç bir nəticə vermir, lakin əhəmiyyət vermədiyimiz yad adam, utopik bir qəhrəman bu işin öhdəsindən asanlıqla gəlir. "junkee.com”-da "Harry Potter” romanlarından öyrəniləcək həyat dərsi çəkisində tövsiyələr seçilib. Onlardan bəzilərini təqdim edirik.
 
 

  Sevə bilirsənsə, hələ də güclüsən.
  Kitabların içindəki dünyalara köçmək nə qədər dəyərlidir.
  Bəzən hər şeyin həlli bir dost tövsiyəsində gizlidir.
  Özünüzü mütləq tapacağınız qəhrəman o səhifələrin arasındadır.
  Ovsunun varlığına inanmaq insana hər zaman ümid verir.
  Bəzən köməyə ehtiyacın olduğunu qəbul etmək lazımdır.
  Ananın sevgisi ən böyük gücdür.
  Sərhədləri aşmaq uzaqlaşmaq deyil.
  Qorxuların öhdəsindən gəlməyi hamı bacarmır, əhəmiyyətli olan da bu deyil, mübarizə aparmağımızdır.
  1114 səhifəlik kitabı 1 həftəyə bitirmək mümkündür.
  Birindən nifrət etməyiniz onu anlamağınıza mane olmamalıdır.
  Qaydalar bəzən həqiqətən də pozulmaq üçün qoyulur.
 
  İngilis dilindən tərcümə etdi: Elcan Salmanqızı