Biz imzaları yox, əsərləri dərc edirik...

“Günəşdən gələn pay” adlı layihənin növbəti mövzusu
135
25 Sentyabr 2020, 11:06
 F.Köçərli adına Respublika Uşaq Kitabxanası "Günəşdən gələn pay” adlı layihənin növbəti mövzusunu təqdim edib.
 Layihənin budəfəki qonağı uşaqların sevimli yazarı Gülzar İbrahimova olub.
 Layihənin əsas məqsədi oxucuları sevilən şair və yazıçıların həyat və yaradıcılıqları ilə sosial şəbəkələr vasitəsi ilə yaxından tanış etməkdir.
 
 Övladlarımızın hərtərəfli şəxsiyyət kimi formalaşmasında mütaliə vacibdir. Bu baxımdan uşaq ədəbiyyatının rolu böyükdür. Ədəbiyyatın bu janrı uşaqların düşüncə tərzinin formalaşmasında, dünyanı kəşf etməsi baxımından çox güclü təsirə malikdir. Uşaq ədəbiyyatının əsas əhəmiyyətlərindən biri də uşaqların fikirlərini daha dəqiq, səlis və düzgün ifadə etmələrinə təsir edir.
 Mövzu çərçivəsində yazıçının yaradıcılığı haqqında ətraflı məlumat verilib, kitabları sərgilənib və müəllifi olduğu tapmacalar səsləndirilib.
 Sonda oxuculara yazarın ürək sözləri və kitabların necə yaranmasından bəhs edən videoçarxlar təqdim edilib.
Qeyd edək ki, Gülzar İbrahimova bu günə qədər 62 kitab və 47 elektron kitabın müəllifidir.

Xəbər lenti