Biz imzaları yox, əsərləri dərc edirik...

Gülşən Mustafanın "Hasar" adlı hekayələr kitabı işıq üzü görüb
556
27 Fevral 2020, 09:28
  Azərbaycan Yazıçılar Birliyinin üzvü Gülşən Mustafanın sayca ikinci olan "Hasar" adlı hekayələr kitabı işıq üzü görüb.
 
 
 
  28 fevral saat 12:00-da müəllifin müəllimi olduğu Xətai rayonunda yerləşən 64 saylı məktəbdə kitabın təqdimat mərasimi keçiriləcək. Tədbir çərçivəsində müasir Azərbayan ədəbiyyatının tanınmış imzaları məktəbə dəvət olunub. Əsas məqsəd, bu imzaları müəllim, şagird və valideynlərlə tanış etmək, yazıçı və şairlərlə oxucu kontingentinin canlı ünsiyyətinə nail olmaqdır. Bundan başqa, məktəbin kitabxanasında "müəllifindən imzalı kitab” bölməsi hazırlanır. Tədbirdə iştirak edən hər müəllifdən minimum bir nüstə kitab məktəb kitabxanasının zənginləşdirilməsi üçün nəzərdə tutulub. Giriş sərbəstdir. Media nümayəndələri dəvətlidir.