Biz imzaları yox, əsərləri dərc edirik...

“Gənclərə dəstək” layihəsi çərçivəsində konsert proqramı
262
19 Noyabr 2018, 17:16
  Noyabrın 29-da "Gənclərə dəstək” layihəsi çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı təqdim ediləcək.
 
 
 

  AZƏRTAC xəbər verir ki, gecədə dirijor Orxan Həşimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək.
 Konsert proqramının solistləri beynəlxalq müsabiqələr laureatı Beren Gürcüoğlu (Türkiyə, piano), Şeyda Ələsgərova (fleyta), Fəridə Ələkbərli (arfa) və Pərvin Əşaridir (arfa).
  Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səslənəcək.