Biz imzaları yox, əsərləri dərc edirik...

Gənc Tamaşaçılar Teatrında yeni mövsüm
192
25 Sentyabr 2020, 15:47
 Azərbaycan  Dövlət  Gənc Tamaşaçılar Teatrı yeni mövsümü virtual olaraq açıq elan edib. Sentyabrın 26 və 27-si Teatr özünün feysbuk səhifəsində 93-cü mövsümə başlayacaq.Belə ki A. Şaiqin "Tıq-tıq xanım”, H.Cavidin "Şeyx Sənan”, Azərbaycan xalq nağılı  "Göyçək Fatma” və  L.Nurenin "Mən gəldim qızlar… (Müharibə)” əsərləri əsasında quruluş verilmiş eyniadlı tamaşalar teatrsevərlərə təqdim olunacaq.
 
 

 Mətbuat xidmətindən verilən məlumata görə Operativ qərargahın teatrlar haqqında qərarına qədər tamaşalar onlayn şəkildə təqdim olunacaq. Daha sonra teatrlarla bağlı qoyulacaq qaydalar çərçivəsində səhnə əsərləri ənənəvi qaydada tamaşaçılar üçün nümayiş etdiriləcək. 
 
 

 Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrında İsmayıl İmanın «Balaca yaramaz məxluq» və R.Kiplinqin «Mauqli» əsərləri əsasında tamaşaların onlayn məşqi keçirilir. Teatrların iş rejiminin bərpasından sonra bu yeni tamaşaların premyerası nəzərdə tutulur. 

Xəbər lenti