Artkaspi.az "Gənc şairin
ilk kitabı” adlı layihəyə start verib. Bu layihə çərçivəsində şeirləri xalqın,
oxucuların könlünə yol tapan, istedadları çoxluq tərəfindən etiraf olunmuş
sevimli şairlərin ilk kitabları haqqında kiçik təqdimatla həmin nəşrdən bəzi şeirləri
dərc olunur. Bu dəfə Hikmət Ziyanın uşaqlara həsr olunan ilk kitabından şeirlər
və şəkillər oxucuların ixtiyarına verilir:

Hikmət Ziya
1929-cu il mayın 13-də Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. Ağdam
şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya
fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1947-1952).
"Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və
incəsənət şöbəsinin müdiri (1952-1969), "Göyərçin" jurnalı
redaksiyasında poeziya şöbəsinin müdiri (1969-1984), məsul katib vəzifələrində
işləmişdir (1984).
Şairin ilk kitabı "Atamın hədiyyəsi” 1957-ci
ildə "Uşaqgəncnəşr”də çap olunub. 20000
min tirajla nəşr olunan kitabın redaktoru Ə.Abasov, texniki redaktoru
V.Ağayeva, bədii redaktoru. Y.Ağayev, korrektoru R.Salamaova, rəssamı
R.Babayev, qiyməti isə 45 qəpik olmuşdur.

Atamın hədiyyəsi
Moskvadan
gəlibdir
Sevimli atam bu
gün.
Gör nə yaxşı
oyuncaq
Alıb o mənim
üçün.
Böyük qutu içində
Bəzəkli
taxtalardır –
"Qapı”,
"pəncərə”, "ulduz”...
Hər nə desəniz
vardır.
Rəngli qəşəng
kitab da
Qoyulmuşdur
qutuma.
Burdakı şəkilləri
Göstərərək atama
Dedim: – Bax nə
qəşəngdir!..
Bu "evdir”, bu
"hasardır”,
Bir bax üstündə
onun
Nə parlaq ulduz
vardır!
Atam dedi: – bu
şəklə
Yaxşı, yaxşı
baxıb sən
Bəzəkli
taxtalarla
Bina qura
bilərsən.
Masanın üstündə
tez
Şəklə baxa-baxa
Orda gördüklərimi
Mən başladım
qurmağa.
Qurduğum gözəl
bina
Lap şəhərə
bənzədi.
Al-əlvan
ulduzları
Evimizi bəzədi.
Atam söylədi: –
Oğlum
"Kremli”dir bu
bina
Moskvaya gələndə,
Baxacaqsan sən
ona.
Eh!.. Sevindim
mən necə!..
Quş tək uçmaq
istədim.
Axı, çoxdan
bilirəm
Mən adını Kremlin
–
Döyünən ürəyidir
O, bizim xoşbəxt
elin!

Sünbülüm
Çöllərimə
bəzəksən,
Elə bil ki,
çiçəksən,
Gör nə ləçək-ləçəksən
Qızıl budaq
sünbülüm,
Sarı saçaq
sünbülüm!
Üstündən ötsə
külək,
Gen zəmidə dəniz
tək
Ləpələnib, de
görək,
Nədir sözün
sünbülüm,
Gülür üzün
sünbülüm!
Sarı buğdan var
sənin
Sərvətisən
Vətənin
Heç qoyarlar bir
dənin
Evdə qala
sünbülüm?!
Boy at hələ
sünbülüm!

Bal arısı
Gözəl bağları
Çox sevirəm mən.
Şirə yığıram
Güldən çiçəkdən.
Mənə yer verib
Bəsləsəniz siz –
Şəkərdən şirin
Bal yeyərsiniz.

Hazırladı: Aysu Kərimova