Biz imzaları yox, əsərləri dərc edirik...

Festivalda Azərbaycan bədii filmi nümayiş etdiriləcək
163
19 Noyabr 2018, 09:21
 Qazaxıstanın Almatı şəhərində "Şaken Aymanov” beynəlxalq film festivalı keçirilir.
 AZƏRTAC xəbər verir ki, bir sıra ölkələrdən qonaqların dəvət olunduğu 14-cü festivalda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, tanınmış kino xadimi Oqtay Mirqasımov da iştirak edir.
 
 
 
 

 Bu dəfəki festivalda türkdilli dövlətlərin filmlərinin nümayişinə üstünlük verilib.
 Festival çərçivəsində keçiriləcək film müsabiqəsində Azərbaycanın "Siçan-pişik" tammetrajlı bədii film göstəriləcək. Filmin quruluşçu rejissoru Fərəc Süleymanov, ssenari müəllifləri Əlibəy Məmmədli və Fərəc Süleymanov, quruluşçu operatoru Ruslan Ağazadə, səs rejissoru Ədalət Xəlilov və Orxan Ağalarov, icraçı prodüseri Qurban Bünyadovdur. Filmdə baş rolları Əlibəy Məmmədli və Pərvanə Talıbzadə canlandırıblar.
Qeyd edək ki, Qazaxıstan kinomatoqrafiyasının təməlini qoyanlardan biri olan Şaken Aymanovun xatirəsinə həsr edilən film festivalının prezidenti tanınmış aktyor və rejissor Asanalı Aşimovdur.

 İlahə Əhmədova
 AZƏRTAC-ın xüsusi müxbiri
 Almatı