Biz imzaları yox, əsərləri dərc edirik...

Fazil Mustafanın kitabları
467
24 Aprel 2019, 13:10
 Artkaspi.az saytı millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın kitablarını təqdim edir: 
 
  Azərbaycanda türk kimliyi və saxta tarix problemi
 
  Fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın "Azərbaycanda türk kimliyi və saxta tarix problemi” adlı kitabı tariximizə ənənəvi yanaşmadan fərqli fikir və mülahizələri əks etdirir. Yazar milli kimlik fenomeninin tarixi inkişaf yolunu əhatəli şəkildə tədqiq edərək, Azərbaycan türklərinin keçmişi və bu günü arasında obyektiv bir bağ qurub. Kitab tarixi öyrənmək istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulub, redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.
 Kitab  2014-cü ildə "Nurlar” Nəşriyyat Poliqrafiya Mərkəzində çap olunub.
 
 
 
 XX əsrin əvvəllərində Azərbaycanda siyasi düşüncə cərəyanları
 
 Fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın "XX əsrin əvvəllərində Azərbaycanda siyasi düşüncə cərəyanları” adlı kitabında tariximizin maraqlı bir dövründə – XX əsrin əvvəllərində Azərbaycanda siyasi düşüncə cərəyanlarının meydana çıxması səbəbləri, onların təşkilatlanma prosesləri, mübarizə taktikaları əhatəli tədqiq olunub. Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.
 Kitab  2015-ci ildə "Nurlar” Nəşriyyat Poliqrafiya Mərkəzində çap olunub.
 
 
 
 Düşünürüksə, varıq!
 
 Fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın "Düşünürüksə, varıq!” kitabına sosial şəbəkələrdə yazdığı status, məqalə, polemika və şərhlərdən seçmələr daxil edilib. Cəmiyyət həyatının müxtəlif sahələrinə aid maraqlı düşüncə və görüşlərə sahib olan müəllifin bu kitabı bir çox aktual məsələlərə yeni və fərqli yanaşmanı özündə ehtiva edir. Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.
 Kitab  2016-cı ildə "Nurlar” Nəşriyyat Poliqrafiya Mərkəzində çap olunub.
 
 
 
 Sağlam düşüncə alternativi
 
 Fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın "Sağlam düşüncə alternativi” adlı kitabına düşüncə mətnləri daxil edilib. Bu kitab aktual mövzulara fərqli baxışları ilə seçilir. Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.
 Kitab  2017-ci ildə "Nurlar” Nəşriyyat Poliqrafiya Mərkəzində çap olunub.
 
 

 İslam qorxusu və müsəlman qoxusu
 
 Fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın "İslam qorxusu və müsəlman qoxusu” adlı kitabına İslam dininə, onun mahiyyətinə, dini həyatın fərqli aspektlərinə aid dövri mətbuatda, elmi dərgilərdə çap olunmuş publisistik və elmi məqalələr daxil edilib. Azərbaycan cəmiyyətində doğru din anlayışı, xurafat və cəhaləti doğuran amillər, dini-mənəvi dəyərlərin yenidən dəyərləndirilməsi kimi mövzulara toxunulub, məzhəbçilik və təriqətçilik təzahürlərinin fərqli baxış bucağından təhlili verilib. Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.
 Kitab  2018-ci ildə "Nurlar” Nəşriyyat Poliqrafiya Mərkəzində çap olunub. 
 
 
 Doğru düşüncənin hikməti
 
 Fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın "Doğru düşüncənin hikməti” adlı kitabına ictimai-siyasi həyatın müxtəlif məsələlərinə dair son bir ildə yazdığı məqalələri daxildir. Kitabda siyasət, sosial şəbəkə fenomeni, təhsil, dil, din, mədəniyyət və tarixin aktual problemlərinə müəllifin fərqli baxışları yer alıb. Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.
 Kitab  2019-cu ildə "Nurlar” Nəşriyyat Poliqrafiya Mərkəzində çap olunub.