Biz imzaları yox, əsərləri dərc edirik...

“Evdə qal-qalib gəl!” layihəsi incəsənəti evlərinizə gətirir
394
04 Aprel 2020, 10:43
"Evdə qal-qalib gəl!” layihəsi incəsənəti evlərinizə gətirir.
 Azərbaycan Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, qalereya "Evdə qal, evdə yarat!” çağırışına uyğun olaraq rəssamları "Evdə qal-qalib gəl! devizi ilə yeni virtual layihəyə qoşulmağa dəvət edir. Layihə çərçivəsində müxtəlif aksiyalar, rəssamların ustad dərsləri, həmçinin incəsənət tarixi və nəzəriyyəsi haqqında mühazirələr keçirilir.

 
 Layihəni qalereyanın sosial media hesabları və rəsmi saytı ("azgallery.az”) vasitəsilə izləmək mümkündür.
 Bu çağırışa qoşulanlar sırasında bir çox beynəlxalq sərgi və müsabiqələrin, simpoziumların iştirakçıları Cəlal Ağayev, Vüqar Muradov, Vüqar Əli və Mir Azər Abdullayev kimi istedadlı rəssamlarımız da var.