Biz imzaları yox, əsərləri dərc edirik...

Estoniyada “Nəsimi” filmi nümayiş olunacaq
425
08 Noyabr 2019, 09:55
  Noyabrın 27-də Estoniyanın paytaxtı Tallindəki "Artis Cinema” salonunda Azərbaycan filmi "Nəsimi”nin nümayişi olunacaq.
  AZƏRTAC xəbər verir ki, baş rolda Azərbaycanın Xalq artisti Rasim Balayevin oynadığı film azərbaycan dilində və ingilis subtitrləri ilə göstəriləcək. Giriş sərbəstdir.
 
 

  "Nəsimi ili” çərçivəsində eston izləyicilərə göstəriləcək film xalqlımızın dahi şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunub.