Biz imzaları yox, əsərləri dərc edirik...

Erika Ferda – 105
279
27 İyun 2019, 09:22
 Latviya Milli Arxivində bu ölkənin görkəmli aktrisalarından və rejissorlarından olan Erika Ferdanın 105 illiyinə həsr edilmiş sərgi açılıb.
 
 

 AZƏRTAC xəbər verir ki, 1914-cü ildə Bakıda doğulmuş Erika 1922-ci ildə aktrisa olan anası Yuliya Ferda ilə birlikdə Riqaya köçüb və sonrakı həyatını bu şəhərdə yaşayıb. Sərgidə incəsənət xadiminin Azərbaycanda keçən uşaqlıq illərini də əks etdirən fotolar nümayiş olunur.
 Yaradıcılıq həyatı boyunca 130-dan çox xarakterik rollarda oynamış Erika daha sonra yerli Daile teatrının rəhbəri, Latviya Dövlət Konservatoriyasının müəllimi kimi fəaliyyət göstərib. O, həmçinin 15-dən çox filmdə çəkilib.