Biz imzaları yox, əsərləri dərc edirik...

Ən məşhur snayperlər
1248
17 May 2018, 09:39
 Tarix boyu döyüşlərdə göstərdikləri şücaətlərə görə adlarını tarixə qızıl hərflərlə yazdıran ən yaxşı silah ustaları haqqında nələr bilirsiniz?
 1.Simo Hayha – Dünyanın ən məşhur snayperlərindən biri olan Simo Hayhanın ləqəbi "Ağ ölüm" olub. Finlandiya ilə Rusiya arasında gedən müharibələrdə Finlandiya ordusunda xidmət edən Simo Hayha kəskin hava şəraitində, təxminən 40 dərəcə soyuqda düşmən ordusundan 700 nəfərə yaxın adam vurub. Snayper 6 mart 1940-cı ildə bir rus əsgəri tərəfindən çənəsindən vurulub. Alt çənəsi parçalanan Simo Hayha sağ qalıb və sülh müqaviləsi imzalanana qədər hərbi fəaliyyətini davam etdirib.
 

 
 2.Lyudmila Mixailovna Pavliçenko – Dünyanın ən məşhur snayperləri sırasında yer alan Lyudmila nasistlərə qarşı döyüşən bir komandanın daxilində 3 ay ərzində 300 nəfərə yaxın almanı öldürüb. 
 3.Tomas Plunkett – Dünyanın ən məşhurları sırasında yer alan Tomas Plunkett həm də tarixdə ilk kəskin nişançı olaraq bilinir. İrlandiyalı Tomas uzun lüləli tüfənglə fransız generalını 800 metr məsafədən vurması ilə məşhurlaşıb. O dövrlərdə 50 metr məsafədən atəş açmaq üçün təlimlər keçən əsgərlər arasında Tomasın 800 metrdən dəqiq nişan alması böyük uğur hesab edilirdi.
 
 
 
 4.Serjant Qreys – Snayper ABŞ-da general Con Sedviki təxminən 900 metrlik məsafədən gözündən nişan alaraq öldürməsi ilə ad qazanıb.
 

 5.Çak Mavinney – Çak hələ uşaq yaşlarında Amerika Dəniz Qüvvələrində qulluq edərkən 300-ə yaxın əsgər vurub. Bu ölümlərdən 130-u rəsmi olaraq qeydiyyata salınıb.
 

 
 6.Rob Furlonq – Məşhur snayper Əl-Qaidə əməliyyatlarında ən uzun məsafədən atış etmə üzrə rekord göstəriciyə imza atıb. Dünyanın ən məşhurları sırasına adını yazdıran Rob 2430 metr məsafədən dəqiq nişan alması ilə tarxidə iz qoyub.
 
 
 
 7.Vasili Zaytsev – Əslində, Qızıl Orduda bir məmur olan Vasili Zaytsev könüllü olaraq iştirak etdiyi müharibədə snayperlər arasına qatılaraq bir il ərzində 242 alman əsgərini uzaq məsafədən zərərsizləşdirə bilib.
 

 
 8.Karlos Hazkok – Karlos da Amerika Dəniz Qüvvələrində snayper olaraq yetişdirilib. Tarixin əfsanəvi əsgərlərindən sayılan Karlos təkbaşına bir qruplaşmanı məhv etdiyi üçün tarixə düşüb.
 9.Adelbert F.Valdron – Amerika Ordusunun əfsanəvi snayperi çox çətin bir hücum zamanı düşmən snayperini zərərsizləşdirərək ordusuna qalibiyyət gətirib. 8 ayda 103 düşmən məhv edən Adelbert dünyanın ən yaxşıları sırasındadır. 
 10.Frensis Peqahmaq – Dünyanın ən qəddar snayperlərindən biri Frensis olub. Birinci Dünya Müharibəsinə könüllü olaraq qatılan Frensis ən ağır döyüşlərdə iştirak edib və təxminən 400-ə yaxın düşmən öldürüb. Müharibədən sonra ordunu tərk edən Frensis haqqında heç bir məlumat alınmayıb.
 Hazırladı: Zeynəb Əliqızı