Biz imzaları yox, əsərləri dərc edirik...

Çeltenham Rəsm Festivalında ədəbiyyat şousu
343
12 Noyabr 2019, 09:05
  Artıq  bir neçə ildir ki, İngiltərənin Cənub-Qərbində bayram abu-havası ilə müşayiət olunan Çeltenham "StreetArt” Rəsm festivalı bu il də ziyarətçilərin zövqünü oxşayıb. Baş Nazir Boris Consonun həm qabiliyyətini sınadığı, həm də peşəkarlarla, nümunələrlə yaxından tanış olduğu festival böyük ziyarətçi axını ilə qarşılaşıb. Festivalda əl qabiliyyətlərini ədəbiyyatla səsləşdirən rəssamların çoxluğu həm diqqət çəkib, həm də ziyarətçilərin rəğbətini qazanıb. Bir çox bədii qəhrəmanın, yazarın, məşhur səhnələrin, ümumi mövzuların, şeir sərlövhələrinin həkk olunduğu stendlər sosial media şəbəkələrində trend paylaşımlar sırasına düşüb. Xüsusilə, JK Roulinqin portreti ilə 2000-dən çox iştirakçı selfi çəkib. Bu məşhur nümunənin yaradıcısı isə Sam Kartndır. 
 
 

  Baş nazir Boris Conson isə Stefen Hovkinqin portreti qarşısında heyrətə düşüb. Elə baş nazirin öz portreti də maraqla qarşılanıb. Azyaşlılar isə "Hörümçək adam” və "Piter Pan portretləri”ni çox bəyəniblər. Sərginin yaddaqalan eksponatları ilə instaqram sosial şəbəkəsində - cheltenhampaintfestival – hesabında tanış ola bilərsiniz.
 
 İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı