Biz imzaları yox, əsərləri dərc edirik...

Əllərinə düşsün bir parça bulud – Allahşükür Ağanın şeiri
447
16 Oktyabr 2019, 16:05
  Artkaspi.az saytı Allahşükür Ağanın şeirini təqdim edir:
 
  

  Dünya
 
Dünyanınki nədir,
Get balaca uşaqla top oyna
Adını da qoy : Dünya.
 
Topu  vur qonşunun pəncərəsinə,
Uşaqlar oyansın şüşə səsinə
Adını da qoy : Dünya.
 
Əlində dən tut,
bir sərçənin gözündə.
Əllərinə ensin
bir parça
göy üzü.
Adını da qoy : Dünya.
 
 

Əllərinə düşsün
bir parça bulud,
Əlində
buğda bitsin.
Adını da qoy : Dünya.
 
Sevdiyin qızın adı Röyadırsa,
Adını dəyiş qoy
Dünya.
Sev kərəm kimi,
Soyul  Nəsimi  kimi,
Bit, qurtar,
Bu da sevdiyin Dünya.