Biz imzaları yox, əsərləri dərc edirik...

“Ələddin” tamaşasının premyerası keçirilib
350
21 Noyabr 2019, 13:02
  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində "Kilimarası” kukla teatrının açılışı olub.
  Baş İdarədən AZƏRTAC-a bildirilib ki, açılış zamanı "Min bir gecə” nağılları əsasında "Ələddin” tamaşasının premyerası keçirilib.
 
 

  Tamaşanın premyerasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin direktoru Mircamal Camalov, 1 və 11 nömrəli internat məktəblərinin şagirdləri, qəsəbə sakinləri iştirak ediblər.
  Tamaşadan əvvəl Mədəniyyət Mərkəzinin foyesində kuklalardan ibarət sərgi təşkil edilib və kilim arxasında bir necə tamaşadan kiçik parçalar təqdim olunub.
  Uğurla oynanılan "Ələddin” tamaşası alqışlarla qarşılanıb.