Biz imzaları yox, əsərləri dərc edirik...

Əjdər Ol Ədəbiyyat Fondunun direktoru təyin edilib
427
16 Sentyabr 2019, 12:00
  Şair Əjdər Ol Azərbaycan Yazıçılar Birliyinin (AYB) Ədəbiyyat Fondunun direktoru təyin edilib.
  Bu barədə APA-ya Birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.
 
 

  Onun sözlərinə görə, bundan əvvəl Ədəbiyyat Fondunun işlərini sədr müavini Nazim İbrahimov aparıb: "Onun vəfatından sonra bu ştat ləğv edilib. Qərara alınıb ki, Ədəbiyyat Fondunun fəaliyyətinin genişləndirilməsi məqsədi ilə şair Əjdər Ol Fondun direktoru təyin edilsin”.