Biz imzaları yox, əsərləri dərc edirik...

Ədəbiyyat İnstitutunun əməkdaşı bir neçə onlayn konfransda iştirak edib
130
16 Oktyabr 2020, 12:22
 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat  İnstitutunun aparıcı elmi işçisi, dosent Pərvanə  Məmmədli bir neçə onlayn konfransda iştirak edib. Sentyabr  ayının 19-da Amerikanın  Michigan Universitetində ZOOM proqramı vasitəsi ilə  professor  Timur Kocaoğlnun  düzənlədiyi "26-cı Türkbilim Sanaltayı”na  "Çağdaş Güney Azərbaycan ədəbiyyatının öndə  gələn təmsilçiləri” mövzusunda  məruzə ilə  qatılıb. O, 40  dəqiqəlik məruzəsindən  sonra  iştirakçıların suallarını  cavablandırmışdır.
 
 

 Pərvanə  Məmmədli oktyabrın  10-da isə Amerika Türk Çalışmaları Assosasiyasının  (AATT) keçirdiyiBeynəlxalq  konfransda  iştirak  edib. Konfransməruzəsi  Amerikada elmi dərəcəyə  yiyələnən ilk azərbaycanlı alimin kitabı ilə bağlı olub.Zoom proqramı ilə video-konfrans bağlantısına  tam (cəbhədə yaranmış gərgin  vəziyyətlə əlaqədar sosial  şəbəkənin istifadəsi  məhdudlaşdırıldığından) qoşula bilməyib. Konfransın  sonunda ona elektron poçtla bu  məzmunda  məktub gəlib: "Hörmətli Pərvanə Məmmədli.
 
 

 Bu məktubun sizə çatacağına  ümid edirik.Ölkənizdəki vəziyyət üçün çox üzüldük. Bağlanmaq üçün göstərdiyiniz böyük səyləri qiymətləndiririk. Xahiş edirik konfrans barədə narahat olmayın. Dünənki konfrans toplantısının iclasındakı yazılı mətninizi (posterinizi) iştirakçılara göstərdik. İşiniz hamı  tərəfindən maraqla  qarşılandı  və yüksək qiymətləndirdi.Gələn il sizi aramızda şəxsən görəcəyimizə ümid edirik.Nikbin olun  və salamat qalın.
 
 Hörmətlə, AATT (Amerika Türk Çalışmaları Assosiasiyası)
 

Xəbər lenti