Biz imzaları yox, əsərləri dərc edirik...

Dövlət Xidmətinin onlayn rejimdə iclası keçirilib
273
07 Aprel 2020, 15:51
 Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin onlayn rejimdə iclası təşkil olunub.
 AZƏRTAC xəbər verir ki, Dövlət Xidmətinin rəisi Zakir Sultanovun və məsul əməkdaşların iştirakı ilə keçirilən iclasda Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkili məqsədilə xüsusi rejimdə iş normalarına dair təlimatından irəli gələn məsələlər müzakirə edilib.
 Dövlət Xidmətinin rəisi iclasda çıxış edərək infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş xüsusi qaydalara əməl edilməsi, tabe qurumların yaranmış şəraitə uyğun olaraq öz fəaliyyətlərini onlayn rejimdə davam etdirməsi barədə danışıb. Həmçinin Dövlət Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq işlərin təmin olunması ilə bağlı tapşırıq və tövsiyələrini verib.