Biz imzaları yox, əsərləri dərc edirik...

"Düşmən həniri də gəlmir arxadan" – Zahid Sarıtorpaq
626
13 Mart 2018, 16:01
 Bir əlçim dumandı ya son nəfəsdi
 Qalxır sinəsindən bu yorğun Çölün
 Bir çobanaldadan yağışı kimi
 Gah Sevgi aldadır burda gah Ölüm
 

 
 Dostlar uzaqdadı, Tanrı ucada
 bu batil ömürdən nə gözləyirəm
 düşmən həniri də gəlmir arxadan
 biləm ki bu yolda yalqız deyiləm...