Biz imzaları yox, əsərləri dərc edirik...

Dünyanın ən çox qazanan yazarları
589
12 Mart 2018, 14:49
 "Forbes” dərgisi ötən ilin ən çox qazanan yazarlarının siyahısını təqdim edib. Bir il əvvəlki siyahıdakı yerini itirənlər də var, bir neçə pillə irəliləyənlər də. Ümumiyyətlə, vergi ödəməkdən qorxmayaraq, bağladığı müqavilələrlə nə qədər qazandığını açıqlamaqdan çəkinməyən yazarlara "Harry Potter” əfsanəsinin əfsanəvi müəllifi Roulinq başçılıq edir. 2016-cı ildə Roulinq adı çəkilən siyahıda ikinci yerdə idi. 2016-cı ilin sonu 2017-ci ilin əvvəlində "Lənətlənmiş uşaq”-la satış göstəricilərində rekordu təzələmiş xanım yazar 98 milyon dollarlıq gəlirlə amerikalı psixoloq-yazar Ceyms Pattersonu qabaqladı. Ceyms Paterson isə 2016-ci ildə qazandıqlarından 12 milyon dollar az 87 milyon dollarla builki siyahının ikincisi oldu. 
 Üçüncü "New-York Times”-ın ötən il bestseller siyahısına 4 ay liderlik etmiş yazarı, eyni zamanda "Time” dərgisi tərəfindən "Dünyanın ən təsirli 100 obrazından biri” seçilən Ceff Kinni 21 milyon dollarlıq gəlirlə üçüncü, "Da Vinçi kodu”, "Cəhənnəm”-dən sonra özünü doğrulda bilməyən Den Braun isə daha çox kitablarının yenidən nəşri hesabına qazandığı 20 milyon dollarla dördüncü sırada yer aldı. İlk onluğun davamı isə belə sıralandı:
 

 
 · Stefen Kinq – 15 milyon dollar
 · Con Qrişam – 14 milyon dollar
 · Nora Roberts – 14 milyon dollar
 · Paula Havkins – 13 milyon dollar
 · E.L.Ceyms – 11 milyon dollar
 · Daniel Stil – 11 milyon dollar.
 
 Hazırladı: Elcan Salmanqızı