Biz imzaları yox, əsərləri dərc edirik...

“Dörd əkizin nağılı” tamaşasının nümayişi
651
21 May 2020, 14:14
 Azərbaycan Gənc Tamaşaçılar Teatrının səhnəsində bolqar yazıçısı Panço Pançevin "Dörd əkizin nağılı” əsəri əsasında səhnələşdirilən eyniadlı ikihissəli tamaşa sənət ocağının sosial şəbəkədəki hesabları vasitəsilə nümayiş olunacaq.
 AZƏRTAC xəbər verir ki, saat 14:00-da göstəriləcək tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı isə Elşən Sərxanoğludur.
 Tamaşada musiqi tərtibatının müəllifliyi İradə Muradovaya, səhnənin rəqslər və plastikası Vüsal Mehrəliyevə məxsusdur.