Biz imzaları yox, əsərləri dərc edirik...

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı
394
16 İyul 2019, 11:25
 Oktyabrın 2-dən 6-dək Bakıda "DokuBaku Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək.
 
 

 AZƏRTAC xəbər verir ki, artıq üçüncü dəfə təşkil ediləcək film festivalı 2017-ci ildə İmam Həsənov və Veronika Yanatkova tərəfindən təsis olunub. Festival dünyanın müxtəlif ölkələrində istehsalı olunan ən yaxşı sənədli filmləri tamaşaçılara nümayiş etdirmək üçün Bakıya gətirir. Festival çərçivəsində həm qısa (40 dəqiqəyə qədər), həm də tammetrajlı (60 dəqiqədən çox) hibrid və digər kreativ sənədli film janrlı filmlər nümayiş olunacaq. Geniş auditoriya üçün nəzərdə tutulmuş bənzərsiz, həyat kimi təkrarı olmayan beynəlxalq sənədli film proqramı ilə yanaşı, "DokuBaku” yerli sənədli film rejissorlarının filmlərini nümayiş etdirməklə onları dəstəkləməyə davam edəcək.
 Bu il festivalın proqramına 15 tammetrajlı və 15 qısametrajlı beynəlxalq və yerli sənədli filmlər daxildir. Bundan başqa, bu il ilk dəfə olaraq, festivalda Almaniya "qonaq ölkə” olaraq iştirak edəcək. Filmlər tamaşaçılara həm ingilis və həm də Azərbaycan altyazıları ilə təqdim olunacaq. Festivalın əsas tərəfdaşları "Goethe-Institut Azerbaijan” qeyri-kommersiya mədəniyyəti birliyi, "EU Delegation to Azerbaijan”, "The Landmark Hotel Baku” və "United Cultures”dır.
 "DokuBaku” film qəbulunu açıq elan edir və yerli və xarici rejissorların filmlərini təqdim etməyə dəvət edir. Festivala son müraciət tarixi avqustun 15 –də başa çatır.