Biz imzaları yox, əsərləri dərc edirik...

“Digitalart-lab” layihəsi çərçivəsində “Rəqəmsal karikatura sənəti” mövzusunda ustad dərsi
404
04 Mart 2021, 11:30
 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə "Digitalart-lab” layihəsi çərçivəsində qrafik dizayner və illüstrator Mahir Qafarovun "Rəqəmsal karikatura sənəti" mövzusunda ustad dərsi baş tutacaq.
 
 

 AZƏRTAC xəbər verir ki, ustad dərsi rəqəmsal karikatura sənətinin inkişaf tendensiyaları, bu sahədə istifadə edilən müasir alətlər və metodların tətbiqini göstərmək, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək məqsədilə keçiriləcək.
 Ölkənin mədəni həyatında özünəməxsus yeri olan, milli ənənələrə söykənən Azərbaycan karikatura sənətinin müasir inkişafı yeni tendenisyalardan da yan keçmir. Belə ki, digital incəsənətin bir növü olan rəqəmsal karikatura sənəti rəssam və dizaynerlərin yaradıcılığında yeni yanaşmaların təsiri ilə inkişaf edir.
 Ustad dərsinin bu gün "Zoom” proqramı vasitəsilə "Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilməsi nəzərdə tutulur. Dərsi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq videomaterialdan izləmək mümkün olacaq.