Biz imzaları yox, əsərləri dərc edirik...

Cümhuriyyətlə bağlı növbəti tədbir
229
25 May 2018, 17:24
  25 may 2018-ci ildə Hüseyn Cavidin Ev Muzeyində Hüseyn Cavidin Ev Muzeyi ilə Abdulla Şaiqin Mənzil Muzeyi birgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə "Azərbaycan romantikləri və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda (Hüseyn Cavid, Əhməd Cavad və Abdulla Şaiqin Cümhuriyyət dövrü yaradıcılığına həsr olunub) respublika elmi konfransı keçirildi. Hüseyn Cavidin Ev Muzeyinin ekspozisiyasında "Cümhuriyyət dövründə Hüseyn Cavidin həyat və yaradıcılığı” adlı eksponatlardan və nəşrlərdən ibarət sərgi təşkil olunmuşdu. Konfransı giriş sözü ilə AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Fil.ü.e.d. Gülbəniz Babaxanlı açdı. Daha sonra çıxış üçün söz konfrans iştirakçılarına verildi.  
 
 


  "Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında Abdulla Şaiqin böyük qardaşı Yusif Ziya Talıbzadənin rolu” mövzusunda tarix üzrə elmlər doktoru Minaxanım Əsədli, "Əhməd Cavadın poema yaradıcılığında rejimlə psixoloji mübarizə” mövzusunda AMEA-nın Hüseyn Cavidin Ev Muzeyinin direktoru filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, "Romantik qəhrəmanlar sosial ədalət axtarışında” mövzusunda filologiya üzrə fəlsəfə doktoru Yusif Günaydın, "Hüseyn Cavidin yaradıcılığında türkçülüyün, cümhuriyyətçiliyin tərənnümü” mövzusunda AMEA-nın Hüseyn Cavidin Ev Muzeyinin elmi katibi, "Şaiq Nümunə Məktəbi” Cümhuriyyət dönəmi milli təhsil quruculuğunun intibahı kimi” mövzusunda pedaqoji elmlər üzrə fəlsəfə doktoru Məlahət Mürşüdlü, "Hürriyyət aşiqi Hüseyn Cavid” mövzusunda filologiya üzrə fəlsəfə doktoru dosent Əzizağa Nəcəfzadə, "Abdulla Şaiq Cümhuriyyət illərində” mövzusunda filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva, "Mikayıl Müşfiq” mövzusunda Hüseyn Cavidin Ev Muzeyinin ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva məruzə ilə çıxış etdilər. Filologiya elmləri doktoru, dosent, AMEA Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov, AMEA Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Kəngərli məruzələrlə bağlı öz fikirlərini bölüşdülər. Sonda Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə də səslənən məzuzələrlə bağlı fikrini səsləndirdi və konfransı bağlı elan etdi. Tədbir boyu konfransın mövzusuyla əlaqədar Hüseyn Cavidin Ev Muzeyi ilə Abdulla Şaiqin Mənzil Muzeyi birgə hazırladıqları slayd şou nümayiş etdirildi.