Biz imzaları yox, əsərləri dərc edirik...

“Cümhuriyyət-100” adlı hekayə müsabiqəsi elan edilib
695
14 Mart 2018, 10:07
  "Hədəf” nəşrlərinin "Ustad” ədəbiyyat və sənət jurnalı "Azərbaycan Xalq Cümhuriyyəti İli” münasibətilə hekayə müsabiqəsi elan edir.
 
 
 

  Redaksiyadan AZƏRTAC-a bildirilib ki, müsabiqəyə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı istənilən hadisədən, ictimai-siyasi, sosial-mədəni mövzulardan, dövrü təsvir etməklə tarixi şəxsiyyətlərdən və ya müəllif təxəyyülünün məhsulu olan obrazlardan söz açan müasir hekayələr təqdim etmək mümkündür.
 Müsabiqədə iştirak etmək istəyən müəlliflər hekayələrini 2018-ci il aprelin 10-dək ustaddargisi@gmail.com ünvanına göndərə bilərlər. Göndərmə şərtləri aşağıdakılardır:

    Müəllifin adı və soyadı (təxəllüsü)
    Müəllifin əlaqə nömrəsi 
  – Hekayə "Times New Roman” şrifti ilə "word” proqramında ən azı 2000, ən çoxu 5000 işarə sayında (boşluqsuz) olmalıdır.
  Hekayələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, ilk 3 yerin qalibi mükafatlandırılacaq. Seçilmiş hekayələr "Ustad” jurnalının xüsusi buraxılışında dərc ediləcək.