Biz imzaları yox, əsərləri dərc edirik...

“Cabir Novruz – 85” sərgisi
280
13 Mart 2018, 15:15
 Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli ədib, Xalq Şairi Cabir Novruzun 85 illiyi münasibətilə "Cabir Novruz – 85” adlı kitab sərgisi açılıb.
 

 
 Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə şairin Azərbaycan və rus dilində olan əsərləri, tərcümələri, "Ön söz” yazdığı, redaktoru olduğu, sözlərinə bəstələnmiş mahnılar, habelə şair haqqında yazılmış kitablar və dövri mətbuat materialları sərgilənib. Bir həftə ziyarətçilər üçün açıq olacaq sərgi ilə hər kəs tanış ola bilər.