Biz imzaları yox, əsərləri dərc edirik...

İlin ən yaxşı ekran işi
28
05 Dekabr 2018, 13:34
  Ən yaxşı ekran işi Breli Kuperin "Ulduz doğuldu” filmi olub.

  Amerika Film İnstitutu (American Film Institute, AFI) 2018-ci ilin ilin on ən yaxşı filmini elan edib.
  AzNews.az-ın Rusiya mətbuatına istinadən veridiyi məlumata görə, siyahı təşkilatın saytında dərc edilib.
 
 
 

  AFI-nin versiyasına görə ən yaxşı ekran işi Breli Kuperin "Ulduz doğuldu” filmi olub.
  Siyahıda müvafiq olaraq "Qara pantera”, "Sakit yer”, "Qara klan üzvü”, "Favorit qız”, "Meri Poppins qayıdır”, "Səkkizinci sinif”, "Əgər Bil-strit danışa bilsəydi”, "Keşişin gündəliyi” və "Yaşıl kitab” filmləri qərarlaşıb.
  Amerika Film İsntitutu 1967-ci ildə yaradılıb. ABŞ kino ənənələrinin qorunmasına çalışır.
  O, hər il öz kinofestivalını keçirir. Bundan başqa AFİ-nin ən yaxşı film kimi seçdiyi ekran işləri sonradan "Oskar”a namizəd göstərilir.