Biz imzaları yox, əsərləri dərc edirik...

Bişkekdə türkdilli xalqların filmləri nümayiş olunur
191
14 Sentyabr 2018, 11:12
  TürkPA-nın Bişkekdə keçiriləcək komissiya iclasları çərçivəsində paytaxtın "Manas” kinoteatrında türkdilli xalqların film günlərinin açılışı olub.
 
 

  AZƏRTAC xəbər verir ki, açılış mərasimində TürkPA-nın komissiya iclaslarında iştirak etmək üçün Bişkekə gələn Azərbaycan, Qazaxıstan və Türkiyənin TürkPA-da təmsil olunan deputatları, həmçinin Qırğızıstan parlamentinin bu qurumdakı üzvləri, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri iştirak edib.
  Sentyabrın 16-dək davam edəcək film günləri Qırğızıstanın "Gecə qəzası” filmi ilə açılıb.
  Üç gün ərzində kinoteatrda Azərbaycandan "Qızıl baxça”, Qazaxıstandan "Oralman”, Türkiyədən isə "Ayla” və "Buğday” filmləri nümayiş ediləcək.