Biz imzaları yox, əsərləri dərc edirik...

Beynəlxalq Medillin Şeir festivalı
345
14 Sentyabr 2020, 18:10
 Beynəlxalq Medillin Şeir festivalı Kolumbiyada keçirilən dünyanın ən möhtəşəm və ən böyük şeir festivalıdır, bu il həm də festivalın 30 illik yubileyidir. Təəssüflər olsun ki, məlum səbəblərdən dolayı - Covid-19-la əlaqədar bütün digər festivallar, tədbirlər kimi Medillin festivalı da bu dəfə online olaraq keçirilməli oldu və iştirakçılar canlı şəkildə gedib Kolumbiyada iştirak edə bilmədi. Lakin yenə də özümü çox xoşbəxt hiss edirəm ki, belə bir festivala bu festivalın direktoru, görkəmli şair Fernando Rendon tərəfindən şəxsən dəvət olunmuşdum və digər ölkələr arasında Azərbaycanı təmsil etdim.
 
 

 Ümumilkdə Festivalda 103 ölkə və 191 şair çıxış edir. Açılış Avqustun 1-i oldu və sevindiricidirki açılışda Azərbaycandan sevimli şairimiz Ramiz Rövşən də çıxış etdi. Mənim online olaraq canlı çıxışım isə sentyabrın 1-i bizim saatla 20:00da oldu. Əslində ilk çıxış mənimlə başlamalı idi,lakin Kiprdən çıxış edən şair-Neşe Yaşinin internet bağlantısı ilə əlaqədar problem yarandığından, çıxışım ondan sonraya salındı. İngiliscə 12 şeir oxudum və eyni zamanda Valeria Barberi tərəfində ispanca tərcüməsi də səsləndirildi. İspancaya tərcümə festival nümayəndəsi Recardo Gomez tərəfindən edilmişdi. Ümumiyyətlə şeirlərimizin həm ingiliscə, həm də ispanca tərcümələri,eləcə də bioqrafiyalarımız festivalın rəsmi səhifəsində də yerləşdirilib. Dinləyicilərin böyük əksəriyyəti xarici vətəndaşlar idi və çıxışım boyunca şeirlərim xoş rəylərlə qarşılandı,sonra məndən Azərbaycanca da şeirlərimin necə səsləndiyinin onlara maraqlı olduğunu və hansısa bir şeirimi Azərbaycanca səsləndirməyimi də xahiş etdilər, beləliklə əzbər yadımda olan bir şeirimi də ("Gözlərini yum"şeirimi) Azərbaycanca dedim... Sonda isə ünvanladıqları sualı cavablandırdım. Ümumi hər şey-söhbətimiz səmimi və xoş keçdi. Ümid edirəmki növbəti görüşümüz Kolumbiyada canlı şəkildə olacaq. İnşaallah tezliklə dünyanı bürüyən bu bəladan tamamilə qurtularıq. Festival hələki oktyabrın 10-na kimi davam edəcək,məndən və Ramiz Rövşəndən başqa Azərbaycandan festivala Nigar Həsənzadə və Aqşin Alıyev də dəvət olunmuşdu, onların çıxışı isə Sentyabrın 5-i oldu.
festivalın linkini sizə təqdim edirəm: 

 
Nigar Arif