Biz imzaları yox, əsərləri dərc edirik...

“Beynəlxalq illüstrasiya 2020” müsabiqəsi elan olunub
443
16 Sentyabr 2020, 11:39
 Yaponiyanın qrafik proqram təminatı şirkəti "Celsys” rəssamlar arasında "Beynəlxalq illüstrasiya 2020” müsabiqəsi elan edib.
 AZƏRTAC xəbər verir ki, müsabiqə şirkətin "Clip Studio Paint for Galaxy” proqramının istifadəyə verilməsi münasibətilə keçirilir.

 Müsabiqəyə ənənəvi və qrafik illüstrasiyalar təqdim edilə bilər. Rəqəmsal işlərin yaradılması üçün istifadə edilən proqram təminatında isə heç bir limit yoxdur.
 Birinci yerin qalibinə 10 min ABŞ dolları və digər hədiyyələr təqdim ediləcək.
 İştirakçılar öz işlərini "Twitter”, "Facebook” və "Instagram” sosial şəbəkələrində müsabiqənin həştəqindən istifadə edərək təqdim edə bilərlər.
 Ətraflı məlumat almaq və müraciət etmək üçün https://www.clipstudio.net/en/galaxy/ ünvanına daxil olun.