Biz imzaları yox, əsərləri dərc edirik...

Beşinci Buktreyler Festivalında iştirak şərtləri açıqlanıb
397
13 Fevral 2020, 09:12
  Kinoaktyor, prodüser Ruslan Sabirlinin təşəbbüsü, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən V Buktreyler Festivalında iştirak etməyin şərtləri açıqlanıb.
  Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.
 
 

  Yarışda yaşından asılı olmayaraq hər bir kəs öz sevdiyi azərbaycanlı yazar və ya sadəcə Azərbaycan ədəbiyyatına buktreyler çəkib onu festivalın internet səhifəsində (www.booktrailer.az) qeydiyyatdan keçirməklə iştirak edə bilər. Həmçinin dördüncü Buktreyler Festivalında start verilən "Ən yaxşı mobil buktreyler” nominasiyası bu il də öz qüvvəsində qalacaq. Yəni, hər bir kəs istədiyi buktreyleri mobil telefona çəkməklə bu nominasiya üzrə festivala müraciət edə bilər.
  Festivalın qalibləri mükafatlandırılacaqlar.
  Buktreylerlərin son qeydiyyat tarixi aprelin 1-dir.
  barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəsindən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür.
 

Xəbər lenti