Biz imzaları yox, əsərləri dərc edirik...

Bəşəriyyətin düşüncə tərzinə yön verən kitablar
86
14 Sentyabr 2018, 16:36
 "BBC” ədəbiyyat bölməsinin cari ilin ilk yarısında 35 ölkədən 108 ictimai xadimin köməyi ilə reallaşdırdığı anketin nəticələri açıqlanıb. Qurumun rəsmi səhifəsində yer alan məlumata görə, "bəşəriyyətin düşüncə tərzinə yön verən kitablar” başlığı altında aparılan sorğu nəticəsində 100 kitab siyahılaşdırıb. Arasında dastan, qısa hekayə, roman, şeir və s. bir çox janrın yer aldığı siyahıdakı kitabların 23-ü qadın müəlliflərə aiddir. Sorğuya dəstək vermiş 108 nəfərlik araşdırmaçı qrupunda yazarlar, akademiklər, jurnalistlər, ədəbi tənqidçilər və tərcüməçilər təmsil olunub. Olduqca böyük maraqla qarşılanmış siyahıda 33 fərqli dildə yazılmış nümunələr yer alır. 100 kitablıq siyahıda dünya şöhrəti qazanmamış yazarlar və nümunələr heç də az deyil.
 Siyahının tam versiyası ilə BBC-nin rəsmi saytında tanış ola bilərsiniz. İlk 10-luqda yer alan kitablar isə aşağıdakı kimi sıralanır. 
 

 
1.Homer – "Oddisseya”
2.Heryet Biçer Stou – "Tom dayının daxması”
3.Meri Şeli – "Frankenşteyn”
4.Corc Oruell – "1984”
5.Çiniu Açebe – "Parçalanma”
6."Min Bir Gecə Nağılları”
7.Mişella Servantes – "Don Kixotun Macəraları”
8.Uilyam Şekspir – "Hamlet”
9.Qabriel Qarsia Markez – "100 ilin tənhalığı”
10.Homer – "İlliada”
 Hazırladı: Elcan Salmanqızı