Biz imzaları yox, əsərləri dərc edirik...

“Bəkir Çobanzadə – 125” adlı sərgi
482
15 May 2018, 17:25
  Mayın 15-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında ümumtürk və Krım-tatar ədəbiyyatının görkəmli nümayəndəsi, türkoloq, professor Bəkir Çobanzadənin anadan olmasının 125 illiyinə həsr olunan "Bəkir Çobanzadə – 125” adlı sərgi açılıb.
 
 

  Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, sərgidə alimin Azərbaycan, rus və digər dillərdə əsərləri, tərtib və redaktə etdiyi, həmçinin haqqında olan kitablar nümayiş olunur.
  Qeyd edək ki, sərgi bir həftə davam edəcək.