Biz imzaları yox, əsərləri dərc edirik...

Bakıda amerikalı rəssamın əsərləri sərgilənəcək
400
12 Fevral 2018, 16:05
  Fevralın 22-də "Art Villa” qalereyasında amerikalı rəssam Ceykob Martinin "Fırça toxunuşları” adlı fərdi rəsm sərgisi açılacaq.
 

 
  Sərgi Mədəniyyət və Turizm Nazirliyi və "Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə reallaşacaq.
  Bu barədə AZƏRTAC-a təşkilatın rəhbəri Dadaş Məmmədov məlumat verib.
  Onun sözlərinə görə, sərgidə rəssamın Azərbaycanda yaşadığı müddətdə yaratdığı əsərlər nümayiş olunacaq.
  Qeyd edək ki, Ceykob Marti çoxsaylı beynəlxalq sərgilərlə yanaşı, vorkshop və festivallarda iştirak edib.