Biz imzaları yox, əsərləri dərc edirik...

“Ulduzlu”lu görüş
210
08 Noyabr 2018, 16:29
  Bakı Dövlət  Universitetində "Ulduz” jurnalının redaksiya heyəti ilə filologiya  fakültəsinin tələbələri arasında görüş keçirilib.
 
 
 
 
  Fakültənin dosenti, ədəbiyyatşünas-alim, "Söz” ədəbi birliyini sədri Məti Osmanoğlu və "Ulduz”un baş redaktoru Qulu Ağsəs tələbələri "bayraq” günü münasibətilə təbrik edəndən sonra jurnalın əməkdaşlarına söz verildi. Poeziya və nəsr nümunələri səsləndirilən tədbirdə tələbələrin də yaradıcılığına yer ayrıldı. Səmimi ab-havada keçən görüş zamanı 30 tələbəyə "Ulduz” jurnalı təqdim olundu. Universitetin yaradıcı gəncləri isə öz yazılarını qonaqlara təqdim etdilər.