Biz imzaları yox, əsərləri dərc edirik...

Pərviz Hüseynov Gürcüstanda beynəlxalq festivalda iştirak edəcək
173
19 Oktyabr 2018, 10:50
 
 

 
 Azərbaycanın tanınmış kukla ustası Pərviz Hüseynov Gürcüstanda keçiriləcək II beynəlxalq müəllif kuklaları "Artdoll Tbilisi" festivalında iştirak edəcək.

 AZƏRTAC Gürcüstan saytlarına istinadla xəbər verir ki, Rusiya, Ukrayna, Azərbaycan, Çexiya və Estoniyanın kukla dizaynerləri noyabrın 2-4-də Gürcüstanın paytaxtında toplaşacaqlar.

 Ümumilikdə, festivalda müxtəlif materiallardan hazırlanmış 60 kukla nümayiş olunacaq.