Biz imzaları yox, əsərləri dərc edirik...

Azərbaycan-Ukrayna "Dostluq” cəmiyyətinin Mədəni-Təhsil Mərkəzində Xocalı facisənin qurbanları anıldıb
104
01 Mart 2021, 13:24
 Azərbaycan-Ukrayna "Dostluq” cəmiyyətinin Mədəni-Təhsil Mərkəzində Xocalı faciəsinin 29-cu il dönümü qeyd olunub. 
 
 

Fevralın 21-də Xocalı soyqırının anımı ilə bağlı dərs keçirilib. Dostluq cəmiyyətinin rəhbəri Murad Omarov, İdarə Heyətinin üzvləri və Mərkəzin müəllim və şagirdləri çıxış etdilər, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində baş verən dəhşətli hadisələrdən danışdılar. Toplantıda erməni separatçıları tərəfindən qətlə yetirilən azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
 

 
 "Dostluq" Mərkəzinin şagirdləri Xocalıda baş verən faciəli hadisələrə həsr olunmuş şeirlər söylədilər. 28 fevralda geniş Azərbaycan ictimaiyyəti anım mərasiminə İdarə Heyətinin üzvləri və Dostluq cəmiyyətinin üzvləri, Mərkəzin şagirdləri və onların valideynləri, habelə Xarkov ziyalılarının nümayəndələri toplanmışdı. "Dostluq" cəmiyyətinin sədri Murad Omarov nitqində ermənilərin təcavüzkar hərəkətlərini pislədi,  cəmiyyətin Xocalı faciəsi haqqında məlumatların geniş kütləyə yayılması, heç vaxt yaddan çıxmaması  istiqamətində apardığı fəaliyyətindən danışdı. 2020-ci ilin bütün azərbaycanlılar üçün çox mühüm hadisələrlə dolu olduğunu, çoxdan gözlənilən Azərbaycanın Vətən müharibəsində qələbə qazandığını,  ərazi bütövlüyünün bərpa etdiyini qeyd edib.
 
 

 İştirakçılar Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib və heydər ƏLiyev Fondunun vitse-prezidemti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində lentə alınan Litva rejissoru Alexander Brokasın Xocalı soyqırımı haqqında çəkdiyi sənədli filmi - "Sonsuz Dəhliz” filmini izləyiblər.
 
 
 
 İştirakçılar "Dostluq" cəmiyyəti tərəfindən Xocalı faciəsinin 25-ci il dönümündə Ukrayna dilinə tərcümə edilərək çap etdordoyo "Xocalının nəticələri. Böyüməyən uşaqlar" adlı kitabla tanış oldular.