Biz imzaları yox, əsərləri dərc edirik...

Aydın Arslanın “Tərcümeyi- əhvalım” adlı yeni kitabı
437
25 İyun 2020, 11:37
 Şair Aydın Arslanın "Tərcümeyi- əhvalım” adlı  yeni şeirlər kitabı çapdan çıxıb. Kitab "Mücrü” nəşriyyatında işıq üzü görüb.
 

 Kitaba şairin son illərdə yazdığı şeirlər daxil edilmişdir. Aydın Arslan həmçinin "Bəxtsiz gəlin"(2001)  və "Vəfasızlar oxumasın"(2005) adlı şeirlər kitablarının da müəllifidir. ”Tərcümeyi-əhvalım” adlı şeirlər kitabı müəllifin on beş illik fasilədən sonra oxucularla üçüncü görüşüdür.
 Kitabın redaktoru tanınmış şair Ayaz Arabaçıdır.