Biz imzaları yox, əsərləri dərc edirik...

Anna Netrebko və Yusif Eyvazov Vyanada konsert proqramı ilə çıxış ediblər
265
20 Fevral 2020, 15:25
  Rusiyanın Xalq artisti Anna Netrebko və Azərbaycanın Xalq artisti Yusif Eyvazov Vyanada "Konserthaus" Mədəniyyət Evinin "Böyük zal”ında geniş konsert proqramı ilə çıxış ediblər.
  AZƏRTAC xəbər verir ki, Avstriyanın ən böyük konsert zallarından biri hesab edilən "Böyük zal"dakı konsert anşlaqla keçib. Konsertin proqramında italyan bəstəkarları Cüzeppe Verdi və Cakomo Puççininin əsərləri yer alıb. Macarıstan Dövlət Operasının Orkestrinin müşayiəti ilə keçən konsertin dirijoru Mikelancelo Mazza olub.
 
 

  Dünya klassik musiqi səhnəsində özünəməxsus yerə malik cütlüyün konserti tələbkar Vyana musiqisevərləri tərəfindən böyük maraq və vurğunluqla qarşılanıb. Qeyd edilməlidir ki, cütlüyün 2020-ci ildə verəcəyi konsertlər tamamilə italyan bəstəkarların (Verdi, Puççini, Cordano) əsərlərindən ibarət olacaqdır. Operasevərlər yaxın müddətdə Hamburq və Berlində dünyanın ən yaxşı sopran və tenor cütlüyünün konsertlərindən zövq ala biləcəklər.
 
 

Xəbər lenti