Onlayn ticarət lideri "Amazon” 2019-cu
ildə ən çox "hədiyəlik” ("as a gift”) sifariş edilən kitabların siyahısını
paylaşıb. Siyahıda 100-dən çox kitabın adı yer alır. Siyahının bu qədər uzun
olmasının səbəbi isə janr, qiymət sektoru, yaş sinfi arasında bölüşdürmə
aparmadan bütün kitabların bir hesabatda yer almasıdır. Biz isə bu siyahıdan
müxtəlif janrlar, qiymət sektoru və yaş sinfi üzrə ən çox hədiyə edilənləri bir
siyahıda toplayaraq, həm ilin sonuna doğru hədiyə axtarışına çıxan kitabsevərlərə
ideya vermək, həm də mütaliə siyahınızı zənginləşdirmək istədik.

Ameli Hepvörs – "Səni dünyalar qədər
sevirəm” ("I love you
to the Moon and back”)
Mişel Obama – "Olmaq” ("Becoming”)
Con Litqou – "Dampti: Ədəbiyyatda Tramp
dövrü” ("Dumpty: The age of Trump in verse”)
Tara Vestover – "Oxumuş” ("Educated”)
Con Qrişam – "Bələdçilər” ("The
guardians”)
Cennifer Smits – "Qaynar qazan: Tez və
asan 500 resept” ("İnstant pot: 500 recipes quick and easy”)
Mayqvillen Smits – "Minimalistin rahat
evi” ("Cozy minimalist home”)
Şeril Sendberq – "Variant B” ("Option
B”)
P.L.Travers – "Mari Poppinz” ("Mary
Poppins”)
Cenni Rozentreç – "Hər şeyi necə qeyd
edək?” ("How to
celebrate everything”)
İngilis dilindən tərcümə etdi: Elcan Salmanqızı