Biz imzaları yox, əsərləri dərc edirik...

“Almaz” tamaşasının onlayn nümayişi
59
11 Yanvar 2021, 12:12
 Yanvarın 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yazıçı-dramaturq Cəfər Cabbarlının "Almaz” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanı sosial şəbəkədəki hesabları vasitəsilə onlayn təqdim edəcək.
 AZƏRTAC xəbər verir ki, ikihissəli dramın yeni səhnə redaksiyasının müəllifi Əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovdur.
 
 

 Səhnə əsərinin müəllifi Xalq artisti, Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Tamaşada Almaz rolunda Əməkdar Artist Məsmə Aslanqızı çıxış edir.
 Qeyd edək ki, C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı "Almaz” pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də göstərilib.

Xəbər lenti