Biz imzaları yox, əsərləri dərc edirik...

Ali Baş Komandanım – Dayandur Sevginin şeiri
133
27 Oktyabr 2020, 12:08
 Artkaspi.az saytı Dayandur Sevginin "Ali Baş Komandanım” adlı şeirini təqdim edir:
 
Mənim doğma yurdumda bu hayların nə işi,
İçimdəki bu dərdlə haçanacan utanım?
Dönüm sənin başına, dayandırma atəşı,
Şərəfi olmayanla sülh olmaz, Komandanım.
 
Ürəklərdə nalədi, qulaqlarda top səsi,
Qaramat zindan idi azad olan ruhumuz.
İndi-indi düzəlir belimizin əyrisi,
İçimizdə boy verib dikəlir qürurumuz.
 
Könlüm toxdu özgənin torpağında gözüm yox,
Tanrıdan gələn payım beş-üç səslə dəyişməz.
Belə bir atəşkəsə vallah indi lüzum yox,
Donuzun donuzluğu atəşkəslə dəyişməz.
 
Otuz ildi ah-vayla keçib dəqiqəm, anım,
Düşünmüşəm hər kəsin Tanrıdan qisməti var.
Bu tayfaya  inanma, Ali Baş Komandanım,
İçində gəzdirdiyi erməni xisləti var.
 
Səs salıbdı dünyaya yazıq-yazıq səsi ilə
Türkiyədi yağdırır başıma dron deyir.
Əl açır Liderlərə, həminki hiyləslə,
Gah Trampa yalvarır, gahda ki, Makron deyir.
 
Bir dağın zırvəsində dönüm, vətən, daşına,
Torpağımı bəzəsin mənim də şəhid qanım.
Dayandırma atəşi, dönüm sənin başına,
Allah köməyin olsun Ali Baş Komandanım.