Biz imzaları yox, əsərləri dərc edirik...

Akademik Musiqili Teatrın həftəsonu repertuarı
278
19 Aprel 2019, 09:59
 Azərbaycan Dövlət Akademik Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq.
 Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 19-da saat 19:00-da "Toya bir gün qalmış”, aprelin 20-də saat 19:00-da "Amerikalı kürəkən”, aprelin 21-də saat 19:00-da isə "Baladadaşın toy hamamı” tamaşaları təqdim ediləcək.
 

 Balaca teatr həvəskarları aprelin 20-də saat 12:00-da "Qırmızı papaq” musiqili nağıl-tamaşasına baxa biləcəklər.
Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, aprelin 19-da və 21-də saat 12:00-da "Qızıl cücə” tamaşası uşaqlar üçün rus dilində göstəriləcək.
 Bu həftə nümayiş olunacaq tamaşalarda teatrın sevimli aktyorları - Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova başda olmaqla, sənət ocağının bütün aktyorları iştirak edəcək.
 Vaxtını maraqlı və yaddaqalan keçirmək istəyənlər biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.