Oktyabrın 10-da Milli Kitabxanada "Aida İmanquliyeva – görkəmli şərqşünas alim” mövzusunda geniş kitab sərgisi açılacaq.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir Milli Kitabxananın sərgi zalında keçiriləcək.
Kitab sərgisi Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşacaq.